






Study with the several resources on Docsity
Earn points by helping other students or get them with a premium plan
Prepare for your exams
Study with the several resources on Docsity
Earn points to download
Earn points by helping other students or get them with a premium plan
Community
Ask the community for help and clear up your study doubts
Discover the best universities in your country according to Docsity users
Free resources
Download our free guides on studying techniques, anxiety management strategies, and thesis advice from Docsity tutors
UPON ARRESTING A JUVENILE (A CHILD BETWEEN 7 AND 17 YEARS OF AGE), THE POLICE ARE REQUIRED BY STATUTE TO NOTIFY A PROBATION OFFICER AND THE JUVENILE'S PARENT OR GUARDIAN AND TO INQUIRE ABOUT THE CASE. EVEN IN THE ABSENCE OF THE STATUTORY MANDATE, POLICE OFTEN FIND IT NECESSARY TO INTERROGATE A JUVENILE ABOUT HIS OR HER INVOLVEMENT IN THE COMMISSION OF A CRIMINAL ACT. THE CONCEPT OF THE DUE PROCESS OF LAW HAS BEEN EXTENDED BY THE SUPREME COURT TO JUVENILE COURT PROCEEDINGS
Typology: Summaries
1 / 12
This page cannot be seen from the preview
Don't miss anything!
GİRİŞ İşin strukturu. Tədqiqat işi girişdən, iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir Mövzunun aktuallığı. Cinayət işinin açılmasında və sübuti əhəmiyyətli kriminalistik məlumatların alınmasında dindirmə mühüm rola malikdir və əsas istintaq hərəkətlərindən biridir. Müşahidə və tədqiqatların əksəriyyəti onu göstərir ki, yüksək təhlükəli cinayətkarların əksəriyyəti cinayətkar əməllərə daha erkən yaşlarından (yəni 18 yaşa çatmamış) qoşulmuş şəxslərdir (Bəxtiyar Əliyev, s. 446). Bu faktları nəzərə alaraq, yetkinlik yaşına çatmayanları cinayətə təhrik edən subyektiv, psixoloji səbəblərin araşdırılması və uşaqlar arasında cinayətlərin profilaktikası mühüm əhəmiyyət daşıyır. Yetkinlik yaşına çatmayanların hüquq sistemi ilə əlaqəyə keçməsi müxtəlif səbəblərdən dolayı baş verə bilər. Məsələn; cinayət hadisəsi törətmə və yaxud bu faktdan asılı olmayan səbəblərdən - şahid, şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində. Yetkinlik yaşına çatmayanların kriminal davranışını anlamaq, xüsusilə ciynayətkarın hər hansı bir davranışını qiymətləndirmək üçün ilk növbədə cinayətkarın şəxsiyyətinin öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji və hüquqi meyarda verdiyi zədələrin hansı səviyyədə mövcud olduğunu nəzərə almaq lazımdır. .
Fəsil 1. Yetkinlik yaşına çatmamış şəxslərin psixoloji xarakteristikası. 1.1. Yetkinlik yaşına çatmamış şəxslərin fərdi psixoloji xüsusiyyətləri. AR CPM-nin 428.2-ci maddəsinə nəzər saldıqda görürük ki, «cinayət prosesində yetkinlik yaşına çatmayan şəxslər dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür». CPM-nin 228.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya başqa formada təqdim etmək qabiliyyətinə malikdirsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Kriminalistika və psixologiyada psixi inkişafından asılı olaraq yetkinlik yaşına çatmamış şəxsləri yaş dövrlərindən aslı olaraq aşağıda göstərilən 6 qrupa ayrılır:
1.2.Yeniyetmələrin cinayətkar davranışlarının motivləri Yeniyetmələrin cinayətkar davranışlarının motivlər sistemində iki qrup amilləri fərqləndirmək lazımdır. Həmin amillərə, birinci növbədə, yeniyetmələrin şəxsi keyfiyyətlərindən və yaş xüsusiyyətlərindən irəli gələn daxili psixoloji xüsusiyyətlər daxildir. Bu cəhətdən çətin yeniyetmələrin şəxsi keyfiyyətləri içərisində mühüm yer tutan: iradəsizlik, məsuliyyətsizlik, kobudluq, aqressivlik, konformizm (başqalarının təsiri altına daha asan düşmək və təqlidə meyil göstərmə) və s. onların cinayətkar davranış sistemində məhz əsas yeri tutur. Yeniyetmələrin cinayətkar davranışının motivlər kompleksində əksər hallarda mühüm yer tutan amillər içərisində xarici amillər, xüsusən də sosial amillər vurğulanmalıdır. İlk növbədə qeyd etməliyik ki, bu zaman yeniyetmələrin hansı ailə şəraitində yetişməsi, eləcə də kimlərlə nə cür əlaqə və münasibatdə olması haqqında məlumatların əldə edilməsi mühüm rol oynayır. İnsan xarakterinin, onun sosial simasının formalaşması daha çox erkən yaşlardan başlayır və bu onunla əlaqədardır ki, insan şəxsiyyətinin təməli mütləq hallarda ailədə qoyulur. Belə ki, yetkinlik yaşına çatmayanlara olan münasibət onların hələ də formalaşmaqda olan şəxsiyyətlərində müsbət və ya mənfi fərdi keyfiyyətlərin yaranmasına və onlarda bir sıra psixoloji dəyişikliklərə səbəb olur. Yetkinlik yaşına çatmayanların şəxsiyyətlərində mövcud olan keyfiyyətlərin mühüm qismi ailədə formalaşır. Yetkinlik yaşına çatmayanlar üzərində məhz ailə nəzarət funksiyasını yerinə yetirərək,onların davranışalarında yaranan kriminogen halların qarşısının alınmasında ən önəmli faktor kimi çıxış edir. İnsanın hansı psixoloji vəziyyətinin - halının onun öz davranışı üzərində şüurlu nəzarətinin zəifləməsinə təsirindən asılı olaraq, dörd impulsiv cinayətkar davranış tipi müəyyənləşdirilmişdir. Həmin cinayətkar davranış tipləri bu və ya digər dərəcədə yeniyetmələrin cinayətkar davranışlarına aid edilir. Buraya aşağıda qeyd edilən halətlər daxildir: -affekt halında cinayət törətmə; -xəstə vəziyyətində, yaxud yorğunluq halətində cinayət törətmə; -sərxoş vəziyyətində cinayət törətmə; -«sürətlə baş verən» cinayət. (3, s. 452)
Yeniyetmələrin cinayətkar davranışının motivləri sistemində “Sürətli baş verən cinayətlər” əhəmiyyətli yer tutur. Yəni belə davranış düşünülmədən, dərk edilməyən davranış tənzimləyicilərinin nəzarəti altında baş verir. Buradan belə nəticəyə gəlirik ki, yeniyetmələrin cinayətkar davranışının motivləri sistemi içərisində ya ümumən dərk edilməyən, ya da kifayət qədər anlaşıqlı dərk edilməyən motivlər mühüm rol oynayır. Ona görə də yeniyetmələrin cinayətkar davranışları tədqiq edilərkən həmin yaş dövründə cinayətkar davranışın motivlər sisteminin incəlikləri aydın və dəqiq şəkildə müəyyən olunmalıdır.
Dindirmə zamanı yetkinlik yaşına çatmayan şəxslərlə psixoloji ünsiyyətin yaradılmasında müstəntiqə köməklik göstərilməsi üçün müəllim (psixoloq) və zəruri hallarda isə həkimin dindirmədə iştirakı nəzərdə tutulur. Qüvvədə olan prosesual qanunvericiliyin tələbinə uyğun olaraq 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və ya onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır (CPM-nin 228.2-ci maddəsi). Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslər onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz irad və qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə prolokolunda mütləq qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxlərin bütün qeydləri daxil edilməlidir (CPM-nin 228.3- cü maddəsi). Cinayət-prosesual qununvericiliyinə əsasən yetkinlik yaşına çatmayan şəxsin dindirilməsində iştirak edən müəllim mütəxəssis hesab edilir (CPM-nin 96.1-ci maddəsi). Bu səbəbdən müstəntiq müəllimə də onun 96-cı maddədə nəzərdə tutulan hüquq və vəzifələrini izah etməlidir. Dindirmədə iştirak edən müəllim müstəntiqə dindirilən yetkinlik yaşına çatmayanın psixoloji xüsusiyyətlərinindən irəli gələn halları müəyyən etməkdə, onunla psixoloji ünsiyyət qurulmasında və dindirilənə veriləcək sualların tərtibatında yaxından yardım göstərməlidir. Əlavə olaraq, müəllimin köməyindən dindirmə protokolu tərtib edilərkən dindirilən uşaq və ya yeniyetmənin nitqinin xüsusiyyətlərinin düzgün və müfəssəl fiksasiyasında istifadə oluna bilər. Yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi zamanı müdafiəçinin iştirakı məcburi xarakter daşıyır (CPM 432.2 və 92.3.5 maddələri).
Zərərçəkmiş şəxsin dindirilməsində onun müdafiəçisi, nümayəndəsi, habelə qanuni nümayandəsi iştirak edə bilər. Dindirmə başlamazdan əvvəl zərərçəkmiş şəxsin müdafiəçisinə və ya nümayandəsinə (qanuni nümayəndəsinə) onun hüquq və vəzifələri izah olunur və bu haqda protokolda qeyd aparılır. Protokolda göstərilən məlumatları zərərçəkmiş şəxs öz imzası ilə təsdiq etməlidir.Zərərçəkmiş şəxsin dindiriməsi zamanı onun təqsirləndirilən şəxslə qarşılıqlı münasibətlərinin olub-olmaması, cinayət törədilərkən təqsirləndirilən şəxsin (şəxslərin) hərəkətlərinin nədən ibarət olmasının, bu zaman zərərçəkmiş şəxsin özünün davranışının nədən ibarət olduğunun, zərərçəkmiş şəxsin sadalanan məsələlər barəsində verdiyi ifadalərlə cinayət prosesinin digər iştirakçılarının ifadələri (izahatlar) arasındakı ziddiyyətlərin səbəbinin və s. aydınlaşdırılmasına xüsusi diqqət yetirilməsi labüddür. Təqsirləndirilən şəxsi dindirmə təqsirləndirilən şəxsin ona elan edilən ittihamdan özünü müdafiə etməsi üçün mühüm vasitələrdən biri hesab olunur. Təqsirləndirilən şəxsin dindirilməsi aşağıdakı məqsədləri özündə birləşdirir:
Yetkinlik yaşına çatmayanların fərdi psixoloji xarakteristikası onlarla peşəkarların işləməsini tələb edir. Bu baxımdan da avropa praktikası inkişaf etdiyindən mühüm əhəmiyyət daşıyır. Almaniya Respublikasının Məhkəmə sisteminə nəzər saldıqda aşağıdakı növ məhkəmələrin mövcudluğuna şahid oluruq: 1. Mülki işlər üzrə, 2. Cinayət işləri üzrə, 3. İnzibati ədliyyə, 4. Maliyyə məhkəmələri, 5. Əmək işləri üzrə məhkəmələr, 6. Sosial ədliyyə,